İngiltərənin "Arsenal" klubunun iki futbolçusu əməliyyat olunub. Matc.az xəbər verir ki, söhbət London təmsilçisinin müdafiəçiləri Kalum çemberslə Kiran Tirnidən gedir.
 
çembers 20-ci tur çərçivəsində baş tutan "çelsi" ilə oyunda (1:2) zədələnmişdi. Zədəsi ciddi olan futbolçunun bərpa müddətinin təxminən 9 ay çəkəcəyi bildirilir. Bu isə 24 yaşlı ingilis futbolçunun bu mövsüm bir daha meydana çıxa bilməyəcəyindən xəbər verir. Onun ən yaxşı halda növbəti mövsümün əvvəlində sıraya dönməsi gözlənilir. çembers bu mövsüm "topçular"ın heyətində bütün turnirlər çərçivəsində 18 oyuna çıxıb.
 
Tirni isə Premyer Liqanın 16-cı turu çərçivəsində baş tutan "Vest Hem"lə oyunda (3:1) zədələnmişdi. Klubun rəsmi saytının məlumatına görə, şotlandiyalı müdafiəçinin əməliyyatı uğurlu olub. 22 yaşlı futbolçu mart ayından etibarən komandasına kömək edə biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest