"Los-Anceles Qalaksi"nin sabiq hücumçusu Zlatan İbrahimoviçin İtaliyanın "Milan"a transferi tam rəsmiləşib. Matc.az xəbər verir ki, isveçli forvard sabiq klubu ilə 6 ay + 1 il  müddətinə müqavilə imzalayıb.
 
Bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb. 38 yaşlı forvard Milan təmsilçisinə azad agent kimi keçib. O, köhnə-yeni komandasında 21 nömrəli formanı geyinəcək. Zlatan yanvarın 6-da "Sampdoriya" ilə A Seriyası matçında meydana çıxa biləcək.
 
İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə "Milan"ın formasını geyinib. Həmin dövrdə İtaliya çempionu olan Zlatanın komandası ondan sonra qızıl medala həsrətdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest