"Mançester Yunayted" yarımmüdafiəçi Pol Poqbanı yenidən itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı orta sahə oyunçusu növbəti dəfə zədələnib.

Poqba Premyer Liqanın XXI turunda "Arsenal"la keçirilən qarşılaşma öncəsi topuğunda ağrılar hiss edib. Onun tezliklə əməliyyat olunması gözlənilir. Baş məşqçi Ole-Qunnar Sulşer aparıcı futbolçunun ən azı daha bir ay onlara kömək edə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Pol Poqba bu mövsüm Premyer Liqada 7 matçda iştirak edib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest