Futbol üzrə İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi özünə yeni klub tapıb. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu "Derbi Kaunti"yə keçib.
 
Bu barədə çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.
 
Son olaraq "DS Yunayted"in formasını geyinən Runi, "Derbi Kaunti"də oynayan-məşqçi kimi çalışacaq. O, baş məşqçi Filip Kokunun köməkçisi olacaq.
 
Karyerası ərzində "Everton" və "Mançester Yunayted" kimi klubların şərəfini qorumuş Runi, indiyə qədər 729 oyuna çıxıb, 306 qol vurub,  164 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest