Belçikada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Madrid "Real"ında çıxış edən Eden Azar ölkəsində ilin ən yaxşısı elan olunub.
 
Bu barədə Belçika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, azarkeşlər arasında aparılan sorğuda ən çox səs toplayaraq, digər həmyerlilərini qabaqlayıb.
 
Qeyd edək ki, Azar 2019-cu ildə ölkəsinin milli komandasının heyətində 8 oyuna çıxıb, 5 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
 
ötən mövsüm İngiltərənin "çelsi" klubunda çıxış edən Belçika yığmasının üzvü "Real"a bu yay transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest