UEFA son 10 ilin bombardirlərinin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahı bu müddətdə UEFA bayrağı altında keçirilən oyunlarda vurulan qollara əsasən tutulub.

Onilliyin ən məhsuldar futbolçusu Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kriştianu Ronaldodu. Adıçəkilən komandalarla yanaşı, "Real"ın da formasını geyinmiş 34 yaşlı forvard 10 ildə 145 qola imza atıb. Bunlardan 107-si çempionlar Liqası, 2-si UEFA Superkuboku, 6-sı Avropa çempionatı, 3-ü Millətlər Liqası, 27-si seçmə mərhələlərdə vurulub.

Onu Robert Lavandovski izləyir. Polşa millisi ilə yanaşı, "Borussiya" (Dortmund) və "Bavariya"nın formasını geyinmiş forvardın aktivində 101 qol var (çempionlar Liqası - 63, Avropa Liqası - 1, Avropa çempionatı - 2, seçmə mərhələ - 35).

İlk "üçlüy"ü "Barselona"nın argentinalı futbolçusu Lionel Messi qapayır. Leo 99 qolun 96-nı çempionlar Liqasında, 3-nü isə UEFA Superkubokunda vurub.

"Beşlik"də növbəti yerləri qadın futbolçular tutur. Norveçli Ada Heqerberq 80, fransalı Eugen Le Sommer isə 65 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest