Futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk dövrəsinin sonuncu – 17-ci turuna yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd görüş baş tutub.
 
"Alanyaspor" "Konyaspor"la ev oyunundan qalib ayrılıb. "Qaziantep" – "Yeni Malatyaspor" görüşündə qalib müəyyənləşməyib.
 
Lider "Sivasspor" bu turda "Göztəpə"ni sınağa çəkib və minimal hesabla üstün olub.
 
Turun son matçında isə "Fənərbaxça" "Rizəspor"un qonağı olub. üç qolun qeydə alındığı matç İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
Türkiyə Super Liqası
17-ci tur
27 dekabr
 
Beşiktaş – Gənclərbirliyi 4:1
Qol: D.Vida, 49. Nkudu, 60. O.özyakup, 74. Hatçinson, 90+1 – Ayite, 24.
 
28 dekabr
 
Ankaragücü – Dənizlispor 2:2
Qol: Skarione, 66; 84 – M.Yumlu, 22. Rodalleqa, 45+1.
 
Başakşəhər – Kasımpaşa 5:1
Qol: D.Ba, 2; 28. Krivelli, 6; Fernandes, 26-öz qapısına. Elia, 63 – Kuaresma, 66-pen.
 
Trabzonspor – Kayserispor 6:2
Qol: Sorlot, 7; 90+2. Nvakaeme, 37. Starric, 47; 66-pen. A.Parmak, 71 – O.Uzun, 43. Kravets, 82.
 
Qalatasaray – Antalyaspor 5:0
Qol: Falkao, 10-pen; 28. çelustka, 37-öz qapısına. Babel, 82. T.Antalyalı, 89.
 
29 dekabr
 
Sivasspor – Göztəpə 1:0
Qol: Yatabare, 66.
 
Alanyaspor – Konyaspor 2:1
Qol: Sisse, 35; 90+4 – Daçi, 8.
 
Qaziantep – Yeni Malatyaspor 1:1
Qol: Kayode, 21 – Bifuma, 78.
 
Rizəspor – Fənərbaxça 1:2
Qol: Abarhun, 18 – D.Türüc, 13. Jailson, 70.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest