İngiltərə Premyer Liqasının XIX turunda "Vulverhempton"un qonağı olan "Mançester Siti" 2:3 hesabı ilə məğlub olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər" 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, sonda yenilgiyə düçar olub.

Maraqlıdı ki, "Mançester Siti" cari mövsüm bu rəqibinə ikinci dəfə uduzur. Evdəki qarşılaşmada da mançesterlilər 0:2 hesabı ilə yenilmişdi. Qvardiola məşqçilik karyerası ərzində ikinci dəfə bir mövsüm eyni komandaya hər iki görüşdə məğlub olub. İlk dəfə bu hal 2016-17 mövsümündə "çelsi" ilə qarşılaşmlarda yaşanmışdı.

Qeyd edək ki, "Mançester Siti" 38 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest