"Los-Anceles Qalaksi"nin sabiq hücumçusu Zlatan İbrahimoviçin yeni klubunun adı rəsmən bəlli olub. Matc.az xəbər verir ki, isveçli forvard gözlənildiyi kimi, İtaliyanın "Milan" klubu ilə anlaşıb.
 
Bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb. Azad agent olan veteran forvardla müqavilənin detalları açıqlanmayıb. Amma tərəflərin 6 aylıq anlaşmaya imza atdığı iddia olunur.
 
Qeyd edək ki, Zlatan İbrahimoviç geridə qalan mövsüm MLS liqasında iştirak etdiyi 31 matçda 31 qol, 8 assistlə yadda qalıb.
 
İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə "Milan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest