"Liverpul" İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində "Lester"i 4:0 hesabı ilə məğlub edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Yurgen Kloppun rəhbərlik etdiyi "qırmızılar", bu qələbə ilə məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb.
 
Mersisayd klubu bu göstəricidə 1968-69-cu il mövsümündə 34 məğlubiyyətsiz oyun keçirən "Lids"i geridə qoyub.
 
İngiltərə çempionatındakı məğlubiyyətsiz oyunların sayına görə isə "Liverpul" 4-cü pillədədi. Onlar bu göstəricidə "Arsenal" (2003-2004-cü il mövsümü, 49 oyun), "Nottingem Forest" (1977-1978-ci il mövsümü, 42 oyun) və "çelsi"dən (2004-2005-ci il mövsümü, 40 oyun) geri qalırlar.
 
Cari mövsümdə Premyer Liqada 18 oyun keçirən "Liverpul", 52 xal toplayıb və turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest