Qazaxıstan millisinin sabiq futbolçusu Sergey Kərimov vəfat edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, keçmiş müdafiəçi 34 yaşında dünyasını dəyişib.

Lakin onun ölümünün səbəbi açıqlanmayıb. Kərimovun uzun müddət formasını geyindiyi "Volfsburq" klubu bununla bağlı başsağlığı verib.

Qeyd edək ki, klub karyerası boyu yalnız Almaniyada çıxış edən Sergey Kərimov 2014-cü ildə karyerasını başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest