"Neftçi"nin yanvarın 11-dən 25-dək Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 20-də Belekdəki "Gloria Sports Arena"da Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.
 
Xatırladaq ki, qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi"nin yanvarın 15-dəkı rəqibi Polşanın "LKS Lodz" klubu olacaq.
 
Yanvarın 24-ü baş tutacaq sonuncu sınaq matçındakı rəqib haqda daha sonra məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest