AFFA-nın təşkilatçılığı ilə qadın futbolunda çalışan məşqçilər üçün C kateqoriyalı məşqçi kursunun ikinci moduluna yekun vurulub. Matc.az xəbər verir ki, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmalarının baş məşqçiləri - Vüqar Əsgərli və Zamir Həsənovun iştirakı ilə keçirilən kursda 10 məşqçi iştirak edib.

Bu gün AFFA-nın Futbol akademiyasında kursu müvəffəqiyyətlə başa vuran məşqçilərə müvafiq diplomlar və lisenziyalar təqdim olunub.

Diplom və lisenziyaları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, təlimatçı Aslan Kərimov, Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Əsgərli təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest