Türkiyə klubu "Darıca Gənclərbirliyi"nin azərbaycanlı iş adamı Rauf İsmayılova satışı baş tutmayıb. Matç.az saytı xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.

Bir müddət əvvəl İsmayılovun TFF II liqa təmsilçisinin bütün səhmlərini aldığı açıqlanmış, hətta bununla bağlı imzalanma mərasimi də təşkil olunmuşdu.

Lakin son anda bu, reallaşmayıb. Buna səbəb kimi, həmyerlimizin verdiyi vədlərə əməl etməməsi göstərilib. Bu da müqavilənin qüvvəyə minməməsinə səbəb olub.

Klubu İsmayılova satmaqdan vaz keçən hazırkı rəhbərlik baş məşqçi Oktay Dərəlioğlu barədə verilən qərarı da dəyişib. Dünən Dərəlioğlunun istefaya göndərildiyi açıqlansa da, bu gün bir araya gələn İdarə Heyəti onu postunda saxlamaq qərarına gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest