KONKAKAF Millətlər Liqasının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Matç.az saytı xəbər verir ki, "Qarabağ" və "Neftçi"nin futbolçuları Vild-Donald Gerye ilə Soni Mustivarın formasını geyindiyi Haiti Nikaraquanın qonağı olacaq.

Yığmanın hazırkı durumunu təhlil edən rəqib mətbuatı bəzi futbolçuların oyun praktikasından əziyyət çəkməsini vurğulayıb. Bunun fonunda 9 oyunçunun formada olması nikaraqualıları narahat edir. Həmkarlarımız, xüsusən də, Geryeni fərqləndirib. Onun son iki mövsümdə həm çempionlar Liqasının, həm də Avropa Liqasının qrup mərhələsində oynamasına diqqət yetirən Nikaraqua KİV-i Geryeni Haiti yığmasının ən təhlükəli oyunçusu və ulduzu hesab edir.

Qeyd edək ki, Nikaraqua – Haiti matçı noyabrın 18-də keçiriləcək. İlk iki turda 6 xal toplayan Haiti liderliyi bölüşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest