AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu liqalarının ötən tur oyunlarında baş vermiş neqativ hallara hüquqi qiymət verilib. Komitə, xüsusən də, hakimlərin ünvanına təhqiramiz ifadələr işlədənləri sərt şəkildə cəzalandırıb.

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu liqalarının ötən tur oyunlarında baş vermiş neqativ hallara hüquqi qiymət verilib. Matc.az saytının məlumatına görə, komitə, xüsusən də, hakimlərin ünvanına təhqiramiz ifadələr işlədənləri sərt şəkildə cəzalandırıb.

Region Liqasında belə problem 3 oyunda aşkarlanıb. "Şəki" – "Energetik" matçı başa çatdıqdan sonra "Energetik"in rəhbəri Ruslan Həmidov, "Babək" – "Dübəndi" görüşündə "Babək" klubunun baş məşqçisi Rauf Əliyev, "Ərkivan" (Masallı) – "TST Astara" qarşılaşmasında isə "Ərkivan"ın futbolçusu Akşin Həşimov hakimi söyüb. Bu üzdən futbolçuya 4, digərlərinə isə 5 oyunluq cəza kəsilib.

Həmçinin futzal üzrə Birinci Liqanın "AjaxBaku" – "Standart" matçında referini söyən birincilərin oyunçusu Eşqin Tağıyev qarşıdakı 4 turu buraxmalı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest