Son olaraq Türkiyə millisini çalışdıran Mirça Luçeskunun yeni iş yeri bilinib. Matc.az xəbər verir ki, 74 yaşlı mütəxəssis "Syon" klubunu çalışdıracaq.

Bu barədə İsveçrə təmsilçisinin prezidenti Kristian Konstantin yerli mətbuata açıqlamasında deyib. Konstantin Luçeskunun yanvarın 2-də rəsmi müqavilə imzalayacağını bildirib.

Qeyd edək ki, "İnter", "Şaxtyor", "Qalatasaray", "Zenit", "Beşiktaş" kimi klublarda işləyən Luçesku 2017-2019-cu illərdə Türkiyə millisini çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest