Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşlərindəki neqativ hallar müzakirə edilib.

"Səbail"lə qarşılaşmada 7 futbolçusu sarı vərəqə alan "Zirə" 800 manat cərimələnib .

"Sumqayıt"la görüşdə isə "Neftçi"nin 4 üzvü sarı vərəqə alıb. Bu üzdən bakılılar da 800 manat cərimə ödəməli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest