Hücumçu axtarışında olan Moskva MOİK-i heyətinə azərbaycanlı futbolçu David Qarayevi cəlb edib. Premyer Liqa təmsilçisi 25 yaşlı forvardı qış təlim-məşq toplanışında sınaqdan keçirəcək. Artıq neçə ildi aşağı liqalarda tez-tez klub dəyişən Qarayevin son komandası "Kamaz" olub.

Hücumçu axtarışında olan Moskva MOİK-i heyətinə azərbaycanlı futbolçu David Qarayevi cəlb edib. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi 25 yaşlı forvardı qış təlim-məşq toplanışında sınaqdan keçirəcək.

Onunla bağlı araşdırma aparan rusiyalı həmkarlarımız Qarayevin MOİK-ə xeyir verib-verməyəcəyini müzakirə ediblər. Artıq neçə ildi aşağı liqalarda tez-tez klub dəyişən Qarayevin son komandası "Kamaz" olub. Bu mövsüm Rusiya Peşəkar Futbol Liqasında 11 qolla bombardirlər yarışında 3-cü yerdə qərarlaşan David baxışdan uğurla keçsə, MOİK-lə müqavilə imzalayacaq.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın U-18 yığmasının heyətində Ukrayna ilə yoldaşlıq görüşündə iştirak edən David Qarayev həmin il U-19 millimizə çağırılsa da, "yox" cavabını verib. Buna səbəb hücumçunun vətəndaşığını dəyişmək istəməməsi olub. çünki həmin vaxt o, "OİK Xabarovsk"a rusiyalı futbolçu kimi lazım olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest