Türkiyənin "Beşiktaş" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi aparıcı hücumçusu Burak Yılmazın xidmətindən məhrum olub.
 
O, "Fənərbaxça" ilə səfər oyununda sıradan çıxıb. Aldığı zədə səbəbindən həmin oyunun 87-ci dəqiqəsində əvəzlənən forvardın sağ ayaq əzələsində yırtıq aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Aldığı zədə Burak Yılmazın bir müddət məcburi istirahət edəcəyindən xəbər verir. Belə ki, o, ilk dövrənin "Gənclərbirliyi"nə qarşı son oyununda forma geyinə bilməyəcək. Baş məşqçi Abdullah Avcının bu həftə baş tutacaq həmin oyunda Umut Nayire şans verməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest