Almaniyanın "Bavariya" klubu aparıcı futbolçularından biri Xavi Martinesin xidmətindən məhrum olub. Matc.az xəbər verir ki, o, Bundesliqanın 17-ci turu çərçivəsində keçirilmiş "Volfsburq"la oyunda (2:0) sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı dayaq yarımmüdafiəçisinin ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
Bu isə o deməkdi ki, Martines komandasının qış fasiləsi dönəmində Dohada təşkil olunacaq hazırlıq prosesində iştirak edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest