"Vaxtı ilə pikdə olan Rauf Əliyev, Əfran İsmayılov ilə da bu cür davrandılar. Sonu hamıya bəllidi - pul dalınca "Bakı"ya qaçan Raufla Əfranın aqibəti də göz qabağındadı, "Qarabağ"ın da"

Azərbaycanlı FİFA meneceri Erkin İbrahimov Riçard Almeydanın "Qarabağ"dan getməsi haqda fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, İbrahimov feysbuk profilində maraqlı məqamlara toxunub.

"Almeyda "Qarabağ"dan getdi. Deyilənə görə, Riçi klubdan illik 700 min dollar maaş istəyib. Yəqin ki, tələbini "Beqoviçə verməyə pulunuz varsa, mənə də verin" kimi arqument ilə əsaslandırdı. "Qarabağ" rəhbərliyində ən bəyəndiyim cəhət odu ki, futbolçulara auksion açmağa imkan vermirlər. Vaxtı ilə pikdə olan Rauf Əliyev, Əfran İsmayılov ilə da bu cür davrandılar. Sonu hamıya bəllidi - pul dalınca "Bakı"ya qaçan Raufla Əfranın aqibəti də göz qabağındadı, "Qarabağ"ın da.

Açığı, Almeyda Qazaxıstandan qayıdandan sonra əvvəlki futbolunu oynamırdı. Ən böyük üstünlüyü yerli statusa malik olması idi, vəssalam. Düzdü, Almeyda uzun illər komandanın düşünən beyni idi. Amma axır ki, Qurban Qurbanov da anlayıb - bu illər ərzində bu beyin ilə qrupa düşmək olmadısa, bundan sonra da mümkün deyil" - deyə, FİFA meneceri qeyd edib.

APOEL-lə oyunları nümunə gətirən İbrahimovun fikrincə, baş məşqçi Qurban Qurbanov "Qarabağ"ı dəyişdirməlidi: "Bildiyimə görə, Qurbanovun iki sevimli məşqçisi var - Qvardiola və Klopp. Uzun illər Pepın stilini aşılamağa çalışan Qurbanov da yəqin ki, bundan sonra orta xətdə İnyesta tipli futbolçuları deyil, Henderson kimi ifaçıları cəlb edəcək. Almeyda, Xayme, elə Dani Kintanının özü... Bu tipajlı futbolçularla maksimum AL-ın qrupuna düşmək olar. APOEL "Qarabağ"ı Matiç, Mihayloviç kimi əzmkar, fiziki cəhətdən hazır olan futbolçular sahəsində keçdi.

Almeydaya gəlincə, o da yəqin ki, artıq özü üçün variant tapıb deyə "Qarabağ"a pul oxudu. Yox, va-bank getdisə, vay xalına. Bir də gördün qışdan sonra Donald Geryenın yolu ilə getdi..."

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest