Bəhreyn millisinin futbolçusu Sayed Baker ciddi cəzaya məruz qalıb. Matc.az saytı xəbər verir ki, FIFA müdafiəçini diskvalifikasiya edib.

Buna səbəb Dç-2022-nin seçmə mərhələsində Honqkonqla görüşdən sonra oyunçunun üzünü rəqib azarkeşlərə tərəf çevirərək, "qıyıq göz" jestini etməsi olub. Bunu irqçilik kimi dəyərləndirən ali futbol qurumu Bakerə 10 oyunluq sanksiya tətbiq edib. O, həmçinin 27,6 min avroluq cərimə də ödəməli olacaq.

Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest