Türkiyənin "Beşiktaş" klubu meydana çıxdığı son dörd oyunun hər birindən məğlub ayrılıb. Matc.az xəbər verir ki, son olaraq Super Liqa çəçivəsində "Fənərbaxça"ya səfərdə 1:3 hesabıyla uduzan İstanbul təmsilçisi, daha öncə Avropa Liqasında "Vulverhempton"a (0:4), Türkiyə kubokunda "Ərzincanspor"a (0:2), çempionatda isə "Yeni Malatyaspor"a (0:2) məğlub olmuşdu.
 
Sözügedən komanda bununla da son 8 ilin ən pis göstəricisinə imza atıb. "Qara qartallar" sonuncu dəfə məhz 2010/11 mövsümündə ardıcıl dörd oyunda məğlubiyyət acısı yaşamışdı. "Beşiktaş" həmin mövsümün ikinci yarısında avrokubok çərçivəsində "Braqa" və "Atletiko"ya, Super Liqada isə "Trabzonspor" və "Qalatasaray"a məğlub olmuşdu.
 
Bu mövsüm uduzduğu son dörd oyunda qapısında 11 qol görən İstanbul təmsilçisi, bunlardan cəmi birinin əvəzini çıxa bilib. "Qara qartallar" həm də bu mövsüm Super Liqada ilk dəfə ardıcıl iki məğlubiyyət acısı yaşadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest