Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün qış "transfer pəncərəsi" bağlanıb. Matc.az xəbər verir ki, yanvarın 7-də başlayan keçidlərin qeydiyyatı dövrü 28 gün davam edib.

Dörd həftəlik müddətdə Premyer Liqa klubları 23 futbolçu ilə güclənib. Onlar arasında icarə müddəti başa çatdıqdan sonra geri dönənlərlə yanaşı, yerli klublardan və ölkə xaricindən gələnlər də var.

Qış fasiləsinə turnir cədvəlinin ikinci yarısında yollanan komandalar daha fəal olub. "Zirə" hamıdan çox – 5 futbolçunu heyətinə qatıb. "Sabah"la "Səbail" 4, "Qəbələ" 3 yeni sima ilə güclənib.

"Sumqayıt" ümumiyyətlə transfer etməyən yeganə komandadır. "Keşlə" və "Qarabağ" 2, "Neftçi" 3 oyunçu ilə güclənib. Lakin sonuncu iki komandada bu futbolçulardan biri icarə müddəti bitib geri dönən oyunçudur.

Gedənlərin sayı isə 19-a bərabər olub. Ən böyük itki liderlə autsayderdə müşahidə edilib. "Qarabağ"la "Səbail"dən 4 futbolçu gedib.

"Zirə" üç, "Sabah", "Qəbələ" və "Neftçi"dən iki oyunçu ayrılıb. "Keşlə"ylə "Sumqayıt" yalnız bir üzvünü yola salıb.

"Qarabağ"
Gələnlər: Nicat Mehbaliyev (Sumqayıt, icarədən qayıdıb), Ovusu Kvabena (Leqanes, İspaniya)
Gedənlər: Simeon Slavçev (Levski, Bolqarıstan), Asmir Beqoviç (Bornmut, İngiltərə, icarə müddəti başa çatıb), Riçard Almeyda (Baniyas, BƏƏ), Dani Kintana (çenqdu Better Siti, çin)

"Neftçi"
Gələnlər: İbrahim Əliyev (Sumqayıt), Mirabdulla Abbasov (Səbail, icarədən qayıdıb), Saman Nəriman Cahan (Maşinsazi, İran)
Gedənlər: Rauf Əliyev (Səbail), Kirilo Petrov (Kolos, Ukrayna)

"Keşlə"
Gələnlər: Aleksandr Kristovao (Al-Mojzel, Səudiyyə Ərəbistanı), Murad Ağayev
Gedənlər: Şahin Zəkiyev

"Sumqayıt"
Gələnlər: yoxdur
Gedənlər: Ehtiram Şahverdiyev (Qəbələ)

"Zirə"
Gələnlər: Ağabala Ramazanov (Səbail), Davit Volkov (Qəbələ), Alie Sesay (Arda, Bolqarıstan), Yovan Krneta (Levadiakos, Yunanıstan), George Anton (Şerif, Moldova)
Gedənlər: Soni Norde, Robin Nqalande, Xulio Sezar Rodriqes (Sabah)

"Sabah"
Gələnlər: Mario Marina (Qoritsa, Xorvatiya), Marko Deviç (Vozdovats, Serbiya), Yevgeni Koçuk (Səbail), Xulio Sezar Rodriqes (Zirə)
Gedənlər: Hendrik Ekşteyn (Səbail), Rocer Roxas (Deportes Tolima, Kolumbiya)

"Qəbələ"
Gələnlər: İvitsa Juniç (müqaviləsi artırılıb), Ehtiram Şahverdiyev (Sumqayıt),  Abdelrafik Jerar (Union Sent Jiluaz, Belçika), Nikolas Raysel (Ostende, Belçika)
Gedənlər: Davit Volkov (Zirə), İbrahima Niasse (Lamia, Yunanıstan)

"Səbail"
Gələnlər: Murad Qayalı (Keşlə), Rauf Əliyev (Neftçi), Peyman Keşavarz (klubsuz), Hendrik Ekşteyn (Sabah)
Gedənlər: Ağabala Ramazanov (Zirə), Elvin Yuniszadə, Mirabdulla Abbasov (Neftçi), Yevgeni Koçuk (Sabah)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest