İngiltərə Premyer Liqasının XVIII turunda keçirilən "Tottenhem" - "çelsi" oyununda xoşagəlməz hadisə yaşanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarşılaşmanın gedişində azarkeşlər irqçi şüarlar səsləndiriblər.

İkinci hissədə bir epizodda meydançaya yad əşyalar atıldığı üçün görüş dayandırılıb. Həmin zaman "Tottenhem" fanatları qonaqların müdafiəçisi Antonio Rudigeri hədəf göstərərək, meymun səsləri çıxarıblar. Hətta stadionda irqçiliyə qarşı 3 dəfə anons da edilib.

Matçdan sonra hər iki klub rəsmi saytı vasitəsilə baş verənlərdən məyusluğunu ifadə edib. "Tottenhem" rəhbərliyi təqsirkarları aşkarladıqdan sonra onlara qarşı sanksiya tətbiq ediləcəyini bəyan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest