İcarə əsasında cari mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviç daha bir klubun maraq dairəsinə düşüb. 32 yaşlı qolkiper karyerasını Hollandiyada davam etdirə bilər. İngiltərə klublarından sonra PSV də Bosniya və Herseqovina millisinin üzvünü transfer etmək fikrinə düşüb.

İcarə əsasında cari mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviç daha bir klubun maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı qolkiper karyerasını Hollandiyada davam etdirə bilər.

Məsələ burasındadı ki, İngiltərə klublarından sonra PSV də Bosniya və Herseqovina millisinin üzvünü transfer etmək fikrinə düşüb. Eyndhoven təmsilçisi bunun üçün Beqoviçin müqavilə ilə məxsus olduğu "Bornmut" klubu ilə danışıq aparmağa hazırlaşır.

Təkliflərin gündən-günə artması Beqoviçin "Qarabağ"da qalmaq ehtimalını azaldır. Ağdam təmsilçisi də onu saxlamaq fikrindədi və bunun üçün qarşı tərəflə görüş keçiriləcək. Ancaq eyni zamanda "Vest Hem", "Birmingem", "Stok Siti" və "Derbi Kaunti" də çərçivəsini Beqoviçə tapşırmaq niyyətindədi.

Qeyd edək ki, Asmir Beqoviç Azərbaycan Premyer Liqasında keçirdiyi 10 oyunda qapısında 5 top görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest