Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi "Tottenhem" doğma azarkeşləri qarşısında "çelsi"nin müqavimətini qırmağa çalışıb. Amma paytaxt derbisi qonaqların qələbəsiylə yekunlaşıb. 

"Mançester Yunayted" isə səfərdə "Uotford"a məğlub olub.

Bu tur keçirilməli olan "Vest Hem" – "Liverpul" matçı qonaqların Klublararası dünya çempionatında final oyununa görə təxirə salınıb.

İngiltərə Premyer Liqası
18-ci tur

21 dekabr

Everton – Arsenal 0:0

Aston Villa – Sauthempton 1:3
Qol: Qriliş, 75 – İnqs, 21; 51. Stefens, 31.

Bornmut – Bernli 0:1
Qol: Rodriqes, 89.

Brayton – Şeffild Yunayted 0:1
Qol: Makbörni, 23.

Nyukasl – Kristal Pelas 1:0
Qol: Almiron, 83.

Norviç – Vulverhempton 1:2
Qol: Kentuell, 17 – Saiss, 60. R.Ximenes, 81.

Mançester Siti – Lester 3:1
Qol: Mahrez, 30. İ.Gündoğan, 43-pen. Q.Xesus, 69 – Vardi, 22.

22 dekabr

Uotford – Mançester Yunayted 2:0
Qol: Sarr, 50. Dini, 54-pen.

Tottenhem – çelsi 0:2
Qol: Villian, 12; 45+4-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest