Bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, futbolçunun klubla müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Yunuszadəyə azad agent statusu verilib.

"Səbail" daha bir futbolçusu ilə vidalaşıb. Matc.az xəbər verir ki, paytaxt klubu Ağabala Ramazanovun ardından Elvin Yunuszadə ilə də yolları ayırıb.
 
Bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, futbolçunun klubla müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Yunuszadəyə azad agent statusu verilib. 
 
"Səbail" Elvin Yunuszadəyə klubun kollektivi adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Paytaxt təmsilçisində 25 oyuna çıxan müdafiəçi 2 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest