"Everton" klubunun yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, bu posta tanınmış italiyalı mütəxəssis Karlo Ançelotti təyin edilib. Məlumatı klubun saytı yayıb. Onunla 4 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, Ançelottinin son iş yeri "Napoli" olub. O, dekabrın 11-də istefaya göndərilmişdi.