Türkiyə millisinin futbolçuları AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev (1:0) və Fransa ilə səfər oyununda (1:1) vurduqları qolları əsgər salamı ilə qeyd etmişdilər. UEFA isə bununla əlaqədar sözügedən komandaya qarşı intizam işi başlandığını bəyan etmişdi.

UEFA futbol üzrə Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, qitə futbol qurumu bu məsələ ilə bağlı qardaş ölkə yığmasının üzvlərini qınayıb, həmçinin Türkiyə Futbol Federasiyasını cərimələyib.
 
Türkiyə millisinin futbolçuları Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev (1:0) və Fransa ilə səfər oyununda (1:1) vurduqları qolları əsgər salamı ilə qeyd etmişdilər. UEFA isə bununla əlaqədar sözügedən komandaya qarşı intizam işi başlandığını bəyan etmişdi.
 
Artıq bununla bağlı yekun qərar açıqlanıb. UEFA-nın yaydığı məlumatda bildilir ki, əsgər salamı verən futbolçular - Merih Demiral, Umut Meraş, Burak Yılmaz, Mert Günok, Zeki çelik, Cenk Tosun, Mahmut Tekdemir, Uğurcan çakır, Yusuf Yazıcı, Hakan çalhanoğlu, Okay Yokuşlu, Ozan Tufan, Sinan Bolat, Emre Belözoğlu, Deniz Türüç və İrfan Can Kahveciyə qınama cəzası verilib.
 
Əsgər salamı ilə yanaşı, Türkiyə ilə Fransa arasındakı oyunda tribunalarda yaşanan olaylara görə də TFF 50 min avro cərimə olunub.
 
Qeyd edək ki, Türkiyə millisi Aç-2020-nin final mərhələsinə vəsiqə qazanıb. Sözügedən komanda qitə birinciliyinin qrup mərhələsindəki iki matçını Bakıda keçirəcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Bakı Olimpiya Stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest