İngiltərənin "Arsenal" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Unay Emerinin istefasından sonra boş qalmış vəzifəyə "Manşester Siti"nin məşqçisi Mikel Arteta gətirilib.
 
Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 37 yaşlı mütəxəssislə 3.5 illik müqavilə bağlanıb.
 
Qeyd edək ki, Arteta futbolçu kimi 2011-16-cı illərdə "Arsenal"da oynayıb. İspaniyalı yarımmüdafiəçi oyunçu karyerasını da məhz London klubunda başa vurmuşdu.
 
"Arsenal" Artetanın baş məşqçilik edəcəyi ilk komandadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest