"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri cavab oyununu (3:1, ilk oyun 1:0) şərh edib. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Ağır oyun oldu, futbolçularıma təşəkkür etdim. Hər birimiz ağır dövr keçirdik. İstirahət dövrümüz az olacaq.
 
Yarımfinalda rəqib "Sumqayıt" olacaq. Amma indidən bu oyun barədə düşünmək tezdi. Kubok fərqli bir turnirdi. Bu oyunlara hazırlaşmaq üçün vaxtımız olacaq. Hər iki komandada dəyişiklik ola bilər. Oyuna yaxın daha ətraflı cavab verə bilərik. 
 
Musa Qurbanlının oyunu barədə fikir bildirmək tezdi. Hələ debüt oyunu idi. Formalaşması üçün vaxt lazımdı. öz üzərlərində çox çalışmalıdılar. 
 
Bu gün Simeon Slavçevlə yollar ayrıldı. Başqa kimlərin gedəcəyinə dair hələlik, heç bir fikir deyə bilmərəm. Gətirmək istədiyim futbolçular var. Hər dəfə deyirəm, amma heç bir dəyişiklik yoxdu. Pedro Enrikeni qaytarmaqla bağlı danışıqlar olub, amma bu transfer alınmadı. Asmir Beqoviçə gəlincə, hələ "Bornmut" rəhbərliyi ilə danışıqlar olacaq. Amma görünən odu ki, asan həll olunacaq transferə bənzəmir. Bir neçə variant var, danışıqlar gedir. Riçard Almeydanın da müqaviləsinin müddəti bitib. Danışıqlara başlamışıq, amma hələ razılaşmamışıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest