"1/4 final mərhələsindəki rəqibimiz "Desna" yaxşı vəziyyətdədi. Ancaq kubok oyunları fərqli olur. Kubok turnirləri ilə bağlı xoş xatirələrim var. "Dinamo" və "Verder"in heyətində futbolçu kimi Ukrayna və Almaniya kubokunu qazanmışam".

"Vorskla"nın baş məşqçisi Yuri Maksimov Ukrayna kubokunu qazanmağı hədəfləyir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Keşlə"nin sabiq çalışdırıcısı bu arzusunu dilə gətirib.

51 yaşlı mütəxəssis kubok oyunlarını sevdiyini və xoş xatirələrinin olduğunu bildirib: "1/4 final mərhələsindəki rəqibimiz "Desna" yaxşı vəziyyətdədi. Ancaq kubok oyunları fərqli olur. Kubok turnirləri ilə bağlı xoş xatirələrim var. "Dinamo" və "Verder"in heyətində futbolçu kimi Ukrayna və Almaniya kubokunu qazanmışam. Məşqçi kimi "Keşlə" ilə Azərbaycan kubokunu almışam. Bunları etmişəmsə, niyə zirvənin fəthində "Vorskla" ilə görüşməyək?"

Qeyd edək ki, 2017-18 mövsümündə Yuri Maksimovun çalışdırdığı "Keşlə" Azərbaycan kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest