"Real" İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış oyunda səfərdə "Barselona" ilə qarşılaşıb. Matc.az xəbər verir ki, 0:0 hesabıyla bitən qarşılaşma "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.
 
Belə ki, fransız mütəxəssis "Real"ın tarixində ilk baş məşqçidi ki, "Kamp Nou"da "Barselona"ya qarşı keçirdiyi ilk 5 oyunda uduzmu. 
 
Zidanın rəhbərliyi ilə madridlilər "Barselona" ilə səfər matçlarında 2 qələbə, 3 heç-heçə əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest