Futbol üzrə İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cütləri məlum olub. Matc.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, son çempion "Mançester Siti" bu mərhələdə "Mançester Yunayted"lə qarşılaşacaq. 
 
Yarımfinal mərhələsinin digər matçında isə "Lester Siti" "Aston Villa" ilə üz-üzə gələcək.
 
Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunları yanvarın 6-da, cavab matçları isə 27-də keçiriləcək.
 
İngiltərə Liqa kuboku
Yarımfinal
 
Mançester Siti – Mançester Yunayted
Lester Siti – Aston Villa
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest