"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyununu (2:3, ilk oyun 0:3) şərh edib. Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
 
"Rəqibi mərhələ keçməsi münasibəti ilə təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər. Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. İlk hissədə 2 dəfə hücuma etdilər və qol vurdular. Oyunçularımı bu gün meydanda bütün güclərini sərf etdikləri üçün təbrik edirəm.
 
Hendrik Eksteyn və ya digər futbolçularla problemim yoxdu. Bura gəlməzdən əvvəl və gördükdən sonra prezident və menecerlə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidi. Qışdan sonra necə olacağını görəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest