"Zalsburq"un hücumçusu Takumi Minaminonun "Liverpul"a keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, "qırmızılar" rəsmi saytı vasitəsilə transferi bəyan edib.

24 yaşlı forvardın keçidi Premyer Liqa təmsilçisinə 7,2 milyon funt-sterlinqə başa gəlib. Yaponiya millisinin üzvünün müqavilə müddəti barədə hələlik məlumat verilməyib. O, yanvarın 1-dən etibarən rəsmən "Liverpul"un oyunçusu olacaq.

Minamino "Liverpul" tarixinə ilk yaponiyalı futbolçu kimi düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest