Portuqaliya kubokunda 1/8 final mərhələsi davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Pakuş Ferreyra" növbəti oyununa çıxıb.

Onun komandası evdə "Espinyo" ilə qarşılaşıb. Rəqibi üzərində 3:0 hesablı qələbə qazanan "Pakuş Ferreyra" adını növbəti mərhələyə yazdırıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Dadaşov 84-cü dəqiqədə meydana daxil olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest