İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış "Barselona" ilə oyun "Real"ın kapitanı Serxio Ramos üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Madrid təmsilçisində 15-ci mövsümünü keçirən 33 yaşlı müdafiəçi "el klasiko"larda ən çox forma geyinən futbolçuya çevrilib.
 
Start heyətdə meydana çıxan İspaniya yığmasının üzvü 43-cü dəfə "el klasiko" iştirakçısı olub. Bununla da o, "el klasiko"larda 42 dəfə meydana çıxmış Manuel Maçis, Pako Xento və Xavini geridə qoyub. Eyni zamanda "Barselona"nın lideri Lionel Messi də 42-ci "el klasiko"sunu keçirib.
 
Xatırladaq ki, Serxio Ramos ilk dəfə "Barselona"ya qarşı 2005/06 mövsümündə "Nou Kamp"da oynayıb və "Real"ın 0:3 hesablı məğlubiyyətinə üzülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest