"Monako" klubu yeni futbolçu transfer edib. Matc.az xəbər verir ki, knyazlıq təmsilçisi Serbiyanın "Partizan" klubunun müdafiəçisi Straxinyo Pavloviçlə güclənib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
 
Pavloviç "Monako"ya 2020-ci ilin yayında qoşulacaq. O vaxta qədər isə serbiyalı müdafiəçi "Partizan"da icarə əsasında oynamağa davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest