Sol cinah müdafiəçisi axtarışını davam etdirən "Yuventus" daha bir futbolçunu siyahsına əlavə edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Turin təmsilçisi "Real"lı Marselodan sonra indi də "Barselona"nın aparıcı oyunçusu Xordi Alba ilə maraqlanır.

"Qoca sinyora" hazırkı sol cinah müdafiəçisi Aleks Sandrodan elə də məmnun deyil və ona gələn təklifləri dəyərləndirmək niyyətindədi. Rəhbərliyin bu mövqeyə ilk namizədi artıq Albadı. İtalyanlar bununla bağlı tezliklə qarşı tərəfə təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Barselona" ilə müqavilə müddəti 2020-ci ilə qədər olan Xordi Alba klubla yeni sözləşmə məsələsində hələlik razılığa gələ bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest