"Qarabağ"ın U-12 komandası Gürcüstanda keçirilən "Bendela Cup-2019" turnirində ikinci oyununa çıxıb. Matc.az xəbər verir ki, Ağdam klubunun 12 yaşlıları bu dəfə "çixura" ilə qarşılaşıb.
 
Azərbaycanlı futbolçular meydanı 4:1 hesablı qələbə ilə tərk ediblər.
 
"Qarabağ" turnirdəki ilk oyununda Tbilisi "Dinamo"suna 0:7 hesabıyla uduzmuşdu.
 
Ağdam təmsilçisi qrupun son oyununda sabah "Qori" komandasıyla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest