Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə respublika birinciliyi və çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, yarış 24-28 dekabr tarixlərində baş tutacaq.

Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək görüşlər yeniyetmələr arasında 24-25 dekabr tarixlərində (çəki günü 23 dekabr saat 12:00-dan 17:00-dək), 26-27 dekabr tarixlərində gənc taekvondoçular arasında respublika birinciliyi (çəki günü 25 dekabr saat 11:00-dan 16:00-dək), 28 dekabr tarixində isə böyüklər arasında (çəki günü 27 dekabr saat 11:00-dan 16:00-dək) baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest