"Milan"ın yarımmüdafiəçisi Suso vətəni İspaniyaya qayıda bilər. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, "çelsi"dən sonra "Real" da 25 yaşlı hücumameyilli oyunçuya "elçi düşüb".

İspaniya millisinin üzvü "Real" variantını dəyərləndirib. O, bunun baş tutacağını istisna etməyib: "özümü "Milan"ın önəmli futbolçusu kimi hiss edirəm. Hər kəs məndən məmnundu və baş məşqçi ilə münasibətim yaxşıdı. Burda özümü rahat hiss edirəm. Ancaq hər zaman ölkəmdə yaxşı işlər görməyi istəmişəm. Dünyanın ən güclü klubu sizi izləyirsə, bundan qürur hissi duyarsınız. Bu o deməkdi ki, doğru yoldasınız".

Qeyd edək ki, Sosonun "Milan"la müqaviləsində yer alan bəndə görə, o, 2019-cu il iyulun 15-də qədər xarici klublardan hər hansı birinə 38 milyon avroya keçə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest