Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası baş tutub. Matc.az saytının məlumatına görə, komitə 3 komanda ilə bağlı sərt qərar qəbul edib.

Region Liqasının "Qardaşlar" – "Uğur" görüşündə ikincilər iştirak etmədiyindən, 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

U-13 Qızlar Liqasının "Amasiya" – "White City" oyununda "White City"nin heyətində yetər say limitinin pozulması 0:3 hesablı texniki məğlubiyyətə səbəb olub.

Futzal üzrə Azərbaycan liqasının I dəstəsinin "Zirvə Bakı" – "çinar Cəbrayıl" qarşılaşmasında isə "Zirvə Bakı" təyin olunan vaxtda meydanda olmadığından, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest