Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Aşağı yaş qrupu üzrə liqalarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. Komitə, xüsusən də, hakimlər briqadasını təhqir edən məşqçi, klub rəsmisi və futbolçuları sərt cəzalandırıb.

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, aşağı yaş qrupu üzrə liqalarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Komitə, xüsusən də, hakimlər briqadasını təhqir edən məşqçi, klub rəsmisi və futbolçuları sərt cəzalandırıb. Təsadüfi deyil ki, Region Liqası və aşağı yaş qrupu liqalarında ümumilikdə 10 futbolçu hakimin ünvanına söyüş işlətdiyi üçün 4 matçlıq cəzalandırılıb.

Həmçinin baş məşqçilər də cəzasız qalmayıb. Gənclər Liqasının "Qarabağ" – "Zirə" qarşılaşmasında tribunadan hakimlər briqadasını təhqir edən birincilərin baş məşqçisi Samir Musayev daha 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Eyni səbəbdən cəzalandırılanlar arasında EFA-nın U-11  komandasının baş məşqçisi Tağı Məmmədov və futzal üzrə II dəstədə yarışan "Atletiko Baku"nun meneceri Zaur Səmədov da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest