"Bu dəfə 3-lü müdafiə sistemi ilə çıxış etdik və mən də hücumçuların arxasında oynadım. Bu sistem ürəyimcə oldu. Özümüzü meydanda çox rahat hiss etdik, əla müdafiə olunduq və qol imkanları yaratdıq. İlin son matçını da evdə keçirəcəyik".

"Reqensburq" kimi komandaya qarşı ən yaxşı metoddan istifadə etdik". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

29 yaşlı oyunçunun formasını geyindiyi "Aue" klubu Bundesliqa II-nin XVII turunda "Reqensburq"la öz meydanında keçirdiyi görüşdə 1:0 hesablı qələbə qazanıb.

"Bild" nəşrinə açıqlamasında matçı dəyərləndirən Nazarov pleymeyker mövqeyində oynamaqdan məmnun olduğunu söyləyib: "Bu dəfə 3-lü müdafiə sistemi ilə çıxış etdik və mən də hücumçuların arxasında oynadım. Bu sistem ürəyimcə oldu. özümüzü meydanda çox rahat hiss etdik, əla müdafiə olunduq və qol imkanları yaratdıq. İlin son matçını da evdə keçirəcəyik. Rəqiblərimiz Auedə oynamağın nə qədər narahat və iyrənc olduğunu yaxşı bilirlər".

Qeyd edək ki, "Aue" XVIII tur çərçivəsində dekabrın 21-də "Qreyter Fürt"ü qəbul edəcək. Nazarovun komandası hazırda 26 xalla 6-cı pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest