Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 

Günün ilk oyununda "Verder" "Maynts"ı qəbul edib. Qonaqlar bu görüşdə 5 cavabsız qola seviniblər. "Yunion" da evdə "Hoffenhaym"a uduzub. "Auqsburq" isə "Fortuna"nı darmadağınla yola salıb.

Turun mərkəzi görüşündə lider "Leyptsiq" səfərdə Dortmund "Borussiya"sı ilə münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası
16-cı tur

17 dekabr

Verder – Maynts 0:5
Qol: Kayson, 10; 19; 38. Pavlenka, 15-öz qapısına. Mateta, 81.

Auqsburq – Fortuna 3:0
Qol: Maks, 32; 72. Yedvay, 61.

Borussiya (Dortmund) – Leyptsiq 3:3
Qol: Vayql, 23. Brandt, 34. Sanço, 55 – Verner, 47; 53. Şik, 78.

Yunion – Hoffenhaym 0:2
Qol: Bebu, 56. Baumqartner, 90+1.

18 dekabr

21:30 Bayer – Herta
23:30 Borussiya (Münhenqladbax) – Parderborn
23:30 Ayntraxt – Köln
23:30 Frayburq – Bavariya
23:30 Volfsburq – Şalke

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest