İspaniyanın "Valensiya" klubu yarımmüdafiəçisi Karlos Solerlə müqavilə yeniləyib. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı ispaniyalı futbolçu klubu ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb. Yeni anlaşmaya əsasən, Soleri heyətində görmək istəyən klub "Valensiya"ya 150 milyon avro təzminat ödəməlidi.
 
İspaniyanın U-19 və U-21 yığmalarında oynamış Soler "Valensiya"nın öz yetirməsidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest